AZ

“Kuril adalarının cənubu Rusiya tərəfindən işğal olunub” - Yaponiya XİN

“Kuril adalarının cənub hissəsi Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

XİN bəyan edib ki, Rusiya ilə ikitərəfli münasibətlərdə ən böyük narahatlıq şimal əraziləri məsələsidir.

“Şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu və Yaponiyanın ata-baba ərazisi olan adalardır, lakin hazırda Rusiya tərəfindən qanunsuz olaraq işğal olunub”, – nazirlik qeyd edib.

Yaponiya XİN əlavə edib ki, Tokio Kuril adalarının cənub hissəsinin probleminin həllinə, o cümlədən Rusiya ilə sülh müqaviləsinin bağlanmasına sadiqdir. Nazirlik həmçinin ölkə ilə bu ərazi arasında humanitar mübadilənin bərpasının və adalarda keçmiş sakinlərin əcdad məzarlarının ziyarətinin prioritet olduğunu qeyd edib.

Azpost.info

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla