AZ

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

İnterpol

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyə polisinin cinayətkar qruplara qarşı İstanbulda keçirdiyi

“Mahzen-27” əməliyyatı zamanı Qazaxıstan tərəfindən beynəlxalq axtarışa verilən Nerlan Jarımbеtov adlı şəxs yaxalanıb.

AZƏRTAC xəbər verir ki, məlumatı aprelin 16-da Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə paylaşıb. İnterpol tərəfindən axtarışda olan Jarımbеtov öz ölkəsində dələduzluq və oğurluq maddələri ilə təqsirləndirilir.

“Milliyyətindən və ölkəsindən asılı olmayaraq, Türkiyədə əmin-amanlığı pozmağa çalışan bütün beynəlxalq mütəşəkkil cinayətkar dəstələrə nəfəs almağa imkan verməyəcəyik. Hər bir cinayətkar ədalət qarşısında cavab verəcək”, - deyə nazir qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla