AZ

Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

Masazır qəsəbəsində evdən oğurluq edilib.

APA DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
49
14
Mənbələr
Şərh ()
Bağla