AZ

“Pul verin, dəmir yolunu partladım” – 28 yaşlı rusun Ukrayna ilə əlaqəsi aşkarlandı

Rusiyanın Kemerovo vilayətində Trans-Sibir dəmir yolunda təxribat törətməyə hazırlayan 28 yaşlı şəxs saxlanıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumatda bildirilib ki, saxlanılan şəxs Ukraynadan olan kuratorların göstərişi ilə 10 rele şkafını yandırmağı planlaşdırıb. Həmin şəxs özü Ukrayna tərəfi ilə əlaqə saxlayaraq pul mükafatı müqabilində Yurqa şəhərində Qərbi Sibir dəmir yolunun dörd hissəsində təxribat törətməyə hazır olduğunu bildirib. Ona qarşı “təxribata cəhd” maddəsi ilə cinayət işi açılıb və həbs edilib.

Saxlanılmış şəxsin dəfələrlə oğurluq və soyğunçuluğa görə məhkum olunduğu, narkotik vasitələrdən istifadə etdiyi diqqətə çatdırılıb. Onun yaşadığı evdə axtarış zamanı yanğın üçün alətlər və dəmir yolunun xəritəsi tapılıb.

Qeyd edək ki, FTX aprelin əvvəlində Sankt-Peterburqda elektrik yarımstansiyasında təxribatla bağlı cinayət işi açıb. O zaman Krasnoqvardeyski rayonundakı müəssisədə iki transformator sıradan çıxıb. Hadisə nəticəsində 32 yaşayış binası işıqsız qalıb. Bundan başqa, Ufa hüquq-mühafizə orqanlarının əməkdaşları təxribat törətməyi və şəhər rabitə obyektini yandırmağı planlaşdıran üç yeniyetməni saxlayıblar.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla