AZ

"İqtisadiyyat uzunmüddətli şou qəbul eləmir"- İQTİSADÇI EKSPERT 

"Azərbaycan tamaşaçısı ucuz şoulara maraq göstərdiyi üçün qınanılırdı. Amma artıq siyasi təşkilatlar və hətta ən ciddi siyasi fiqurlar da şousuz keçinə bilmir"
 
 Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
 
"İş o yerə çatıb ki, şou hərbi davranışlara və müharibə sahəsinə də keçib. Dünyanın ən gizli müttəfiqləri daha böyük məqsədlər naminə illərdir ki, bir-birinə düşmən kimi davranır. Ən dəhşətlisi isə odur ki, onlar nəinki siyasi ekspertləri, hətta bir çox siyasi fiqurları da inandıra bilirlər. Və bu elə də çətin olmur. Sadəcə lazımi məqamlarda zəif müttəfiqə tapşırıq berilir ki, mənə "yumruq" at. Beləcə, hər il 10-15 dəqiqəlik müharibə şouları göstərirlər. Dünya da baxıb, feyziyab olur. Bədbəxtlikdən, iqtisadiyyat uzunmüddətli şou qəbul eləmir. Çünki, bədii, mədəni, siyasi və hətta müharibə şousunu da qəbul edən göz və qulaqlardır.  Göz və qulağı aldatmaq olur, amma ac insanın qarnını şou ilə aldatmaq olmur. Yoxsa, acllıqdan ölən Afrika sakinlərinin qarnını dünya şoumenləri çoxdan doydurmuşdu".
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla