AZ

“Müasir texnologiyadan istifadə edilməlidir” — Yuxarı Qarabağ kanalı yenidən qurulur

Prezident İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq.

Yuxarı Qarabağ kanalı Azərbaycanın ən böyük magistral suvarma kanalıdır. Kanal Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. Habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, kanalın yenidən qurulması yüksək texnologiya ilə həyata keçirilsə, su itkisi baş verməyəcək:



“Əkin sahələrinin suvarılması təkcə kanaldan asılı deyil. Burada da müasir texnologiyadan istifadə edilməlidir. Birillik bitkilər damcı üsulu ilə kök sisteminin dərinliyinə qədər suvarılmalıdır ki, problem olmasın. Belə olan halda suvarmaya sərf olunan suyun həcminə də qənaət ediləcək. Su kanallarında havanın temperaturu yüksək olanda az da olsa buxarlanma da baş verir. Bu da su itkisinə təsir edən amillərdəndir. Buna görə də kanalın yenidənqurulmasında müasir texnologiyalardan istifadə şərtdir. Belə olarsa, eyni həcmdə suvarma suyu ilə 1 deyil, 7 hektara qədər torpağı suvarmaq mümkün olar. 

Suvarma suyunun həcmi suyun çoxluğundan, kanalların böyüklüyündən asılı deyil. Suvarmada qənaət və müasir texnologiyalar rol oynayır. Su bitkiyə lazım olan qaydada verilməli, buxarlanma minimuma endirilməlidir. Hər damcının qədrini bilməliyik”. 

Törə Zeynallı
Demokrat.az
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla