AZ

İsveçrə banklarında Rusiya aktivlərini araşdıran XÜSUSİ QRUP yaradıldı

İsveçrə banklarındakı Rusiya aktivləri ilə bağlı araşdırna aparılır. Bu məqsədlə yaradılan xüsusi qrup yeni vəsaitləri müəyyən edərək dondurmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, İsveçrə Xalq Partiyası ölkəsinin Rusiya aktivlərinin dondurulması və axtarışı ilə məşğul olan REPO (Rusiya Elitləri, Proksiləri və Oliqarxları) qrupunda iştirakına qarşı çıxıb.

Qeyd edək ki, İsveçrə senatorları daha əvvəl ölkə hökumətinin Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin təxminən 8,5 milyard dollarını Ukraynanın bərpası üçün istifadə etməsinə səs vermişdilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla