AZ

Görün rubl neçəyə oldu: Oktyabrın 30-dan bəri ilk dəfə...

Moskva birjasında dolların məzənnəsi 2023-cü il oktyabrın 30-dan bəri ilk dəfə olaraq 94 rublu ötüb.

Publika.az xəbər verir ki, Moskva vaxtı ilə saat 07:29-dan başlayaraq valyuta 0,29% əlavə edərək 94,08 rubla ticarət edilib. Altı dəqiqədən sonra dolların məzənnəsi 94,03 rubla düşüb.

Hərracın açılışında avro 99,66 rubl olub, sonra 99,88 rubla yüksəlib. 9:39-da məzənnə azalmağa başlayıb və 99,77 rubl olub.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla