AZ

"İstərdim ki, hər il belə rəqabətli çempionat olsun"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXX turunda "Zirə" ilə heç-heçə edib - 0:0. "Kimyaçılar" 44 xalla turnir cədvəlində 4-cü sırada qərarlaşıb.

"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov "FutbolPress"ə açıqlamasında "Zirə" ilə oyunu şərh etdi:

"Zirə" ilə oyun gözlədiyimiz kimi çətin keçdi. Heç kim uduzmaq istəmirdi, buna görə gərgin mübarizəli oyun oldu. Qələbəni arzulasaq da, alınmadı. "Zirə" yaxşı müdafiə olunmağı bacaran komandadır. Təəssüf ki, fanatlarımızı sevindirə bilmədik.

"Gənclik şəhəri" təmsilçisinin növbəti rəqibi "Turan Tovuz" olacaq. Bədəlov səfərə qələbə üçün gedəcəklərini söylədi:

"Turan Tovuz"la səfər görüşü çətin olacaq. Azarkeşləri önündə qələbə qazanmağa çalışacaqlar. Amma bizimçün rəqibin fərqi yoxdur. Hər oyuna xal və ya xallar qazanmaq üçün çıxırıq. Mövsümün sonuna az qalıb, maksimum nəticələr lazımdır. Tovuza qələbə üçün gedəcəyik".

Komandanın vitse-kapitanı "Sumqayıt"ın avrokubok şanslarını dəyərləndirdi:

"Avrokuboklara vəsiqə üçün mübarizə aparan komandaların hamısı rəqibimizdir. Turnir cədvəlində sıxlıq var və hamı bir-birinə yaxındır. Hansısa rəqibi fərqləndirmək istəməzdim. Turlar keçdikcə təzyiq artır. Amma bu, bizim inkişafa müsbət təsir edir. İstərdim ki, hər il belə rəqabətli çempionat olsun. Təmkinli olub, yaxşı nəticə üçün çalışacağıq".

Şahin Cəfərov
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla