AZ

İran İsraili yeni hücum halında daha tez və adekvat cavab verəcəyi ilə hədələyir

Əgər İsrail İslam Respublikasına hücum etməyə cəhd edərsə, İran saniyələr ərzində cavab verəcək və bu reaksiya əvvəlkindən qat-qat güclü olacaq.

Editor.az İRNA-ya istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib. Diplomat vurğulayıb ki, İsrail növbəti səhvə yol verərsə, Tehranın reaksiyası güclü və ani olacaq, günlərlə deyil, saniyələrlə ölçüləcək.

Xatırladaq ki, İran aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna İsrailin hücumuna cavab olaraq aprelin 14-nə keçən gecə İsrailə hücum edib. İsrail rəsmiləri Tehrandan irimiqyaslı hücuma hazırlaşırdılar. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari bildirib ki, beş saatlıq hücum zamanı İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120 ballistik raket atıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla