AZ

Sel və ildırım fəlakəti: 43 nəfər həyatını itirdi

Pakistanda leysan yağışları daşqınlara səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, son 3 gündə ölkədə sel və ildırım çaxması nəticəsində 43 nəfər həyatını itirib.

Bir çox şəhərdə evlər və küçələr su altında qalıb.

Ölkədə həftə boyu güclü yağışların yağacağı barədə əhaliyə xəbərdarlıq edilib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla