Cəbrayılın Hovuslu kəndində 29 ədəd tank və piyada əlehinə mina aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil verilib.
Son 1 həftə ərzində işğaldan azad olunmuş ərazilərdə 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı

www.anews.az