AZ

Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub.

BAKU.WS xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib.

Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Nəzrin müğənni Mərdan Kazımovla ailə quracaq.

Cütlüyün toyu bu ayın 22-də paytaxt məkanlarından birində baş tutacaq. Bir neçə gün əvvəl onların nikah mərasimi keçirilib.

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla