AZ

Sonrakı peşmançılıq, yaxud daldan atılan daş topuğa dəyər...

Redikül müxalifətin növbəti manipulyasiyası

Azərbaycanda mövcud olan kiçik kəsimin - redikülmüxalifətin əlindən bir iş gəlmədiyi hər kəsə bəllidir. Bu düşərgədə cəmləşənləri, o cümlədən də özünü yeri gəldi-gəlmədi rediküllərin lideri qismində təqdim edən AXCP sədri Əli Kərimlini ən yaxşı halda dil pəhləvanları kimisəciyyələndirə bilərik. Əli Kərimli və onun çiyindaşları cəmiyyətdə nüfuzlarını tamam itirdiklərinə görə sosial şəbəkələri, Qənimət Zahidin, filankəs O. qızının internet televiziya kanallarını özlərinə “fəaliyyət” meydanı seçiblər. Məsələ burasındadır ki, onlar bu platformalar üzərindən dəqərəzli, düşmən dəyirmanına su tökən səslənmələr edirlər. Belə qənaət hasil olur ki, başda Əli Kərimli olmaqla rediküllər hansı yollarlasa milli maraqlarımıza xələl gətirmək kimi mənfur ənənələrindən əl çəkməyiblər.

Son günlərdə rediküllər yeni mitinq anonsu edirlər. Heç hənanın yeridir? Hazırda Cənubi Qafqazla bağlı çox  gərgin proseslər izlənilir. Bəlli güc mərkəzləri artıq öz ssenarilərini işə salıblar. Bölgədə uzun müddətli geosiyasi və geoiqtisadi maraqlarının təmin olunmasına çalışan və bu məqsədlə xain, fürsətcil xislətli Ermənistandan maşa kimi istifadə edən həmin mərkəzlər Azərbaycanın ümummilli ideyalarını həyata keçirməsindən, milli maraqlarının qorunmasında qətiyyət ortaya qoymasından, müstəqil siyasət kursuna sadiq qalmasından narazıdırlar. Onlar dövlətimizin qətiyyətli siyasi iradəsini qırmaq məqsədilə həm də qərəzli təbliğat kampaniyası aparırlar. Hər şeydən göründüyü kimi, redikül müxalifət, o cümlədən də Əli Kərimli bu kampaniyada yer alan “sapı özümüzdən olanbaltalar” qismində çıxış edirlər. Qeyd olunanlar fonunda ölkədə milli həmrəyliyin daha da gücləndirilməsi heç vaxt olmadığı qədər zəruridir. Əli Kərimli və onun çiyindaşları isə mitinq anonsu etməklə anarxist olduqlarını, korporativ məqsədlər naminə milli maraqlara xəyanət yolu tutduqlarını bir daha təsdiqləyirlər. 

Budur, Əli Kərimli seçkilər mövzusunu yenidən manipulyasiya predmetinə çevirib. AXCP-nin ölkəmizdə cariilin fevralında baş tutan son Prezident seçkiləri də daxil olmaqla bütün seçkilərdə ona başucalığı gətirməyən passiv mövqedə qaldığını, sözün əsl mənasında autsayder rolunda çıxış etdiyini bilirik. Əli Kərimli fevralda “seçkini boykot etmək bizim şüurlu seçimimizdir” “fəlsəfəsindən” çıxış etsə də, AXCP-nin passivliyinin gerçək səbəbi sadəcə sosial baza qıtlığı ilə bağlıdır. Bu özünü yalnız seçki marafonunda deyil, həm də

mitinqlərdə göstərir. Zamanında rediküllərin “Məhsul” stadionunda düzənlədikləri mitinqlərə yetərli sayda iştirakçı cəlbedə bilməmələrinin rüsvayçılığını yaşadıqları hələ də yaddaşlardan silinməyib. Belə olan halda Əli Kərimli hansı mənəvi haqla Azərbaycanda yüksək seçici fəallığı şəraitində keçən seçkiləri qınaq obyektinə çevirə bilər? AXCP sədri özüsayağı manipulyasiyaya əl ataraq son vaxtlarda respublikamızda baş verən bəzi həbsləri, həmçinin Qubad İbadoğlunun saxlanılmasını seçkilərlə əlaqələndirməyə çalışıb. Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılmasının motivləri, qanuni əsasları barədə geniş məlumat verilib.  Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxtapul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmamütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (diniekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Əli Kərimli isə bəlli səslənmələriilə, necə deyərlər, bulanlıq suda balıq tutmaq istəyir. Yenə dəbelə bir əlaqənin uydurulması ancaq anarxistlərə və pozucu qüvvələrə xas olan bir xüsusiyyətdir. Seçki marafonu bitəndən sonra Əli Kərimlinin belə manipulyasiyalarla “seçki mitinqinə” hazırlaşması daldan atılan daşa bənzəyir. Bu da rediküllərə xasolan bir xislətdir- onlar həmişə ötüb keçən qatarın arxasınca baxırlar. Sonrakı peşmançılığın nə faydası var?

MÜBARİZ

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla