AZ

Şəhriyar Məmmədyarovdan Abasova dəstək: "Sənə inanırıq"

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində çıxış edən Nicat Abasovla bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı qrossmeyster yarışda sonuncu sırada olan Abasov haqda feysbuk hesabında bunları yazıb:

"Nicat qardaşdır və gözəl şahmatçıdır. Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün sənə təşəkkürlər. Bacardığını edir və bu, gözəldir. Biz şahmatsevərlər gözəl mübarizən üçün sənə təşəkkür edirik. Sona qədər inanırıq və səndən qələbə gözləyirik.  Sənin yanında olmaq xoşdur".

Abasov İddiaçılar Turnirində 10 turdan sonra 3 xalla sonuncu - 8-ci sıradadır.
Seçilən
96
3
Mənbələr
Şərh ()
Bağla