AZ

İsrail ordusu bəyanat yaydı: İstənilən an İrana…

İsrail ordusu ən yüksək hazırlıq səviyyəsini saxlayır və İranın hücumuna uyğun cavab seçir. Vətəninfo.az xəbər verir ki, bu barədə Tsaxal Baş Qərargahının rəhbəri Hertsi Halevi məlumat verib.

“Biz vəziyyəti diqqətlə qiymətləndiririk və hazırlığı ən yüksək səviyyədə saxlayırıq. İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək. Biz adekvat cavab seçəcəyik”, – Halevi ingilis dilində xüsusi mesajda bildirib.

Onun çıxışının videosunu ordunun mətbuat xidməti yayıb.

O, həmçinin qeyd edib ki, “İsrail ordusu İran və onun peykləri tərəfindən istənilən təhlükə ilə üzləşməyə hazırdır” və “İsrail dövlətini müdafiə etmək missiyasını yerinə yetirməyə davam edəcək”.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla