AZ

Abasovdan 4-cü məğlubiyyət

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları baştutub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunanturnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbətigörüşünü keçirib.

O, Hikaru Nakamura ilə qarşılaşıb. 29 yaşlı təmsilçimiz qarafiqurlarla oynayıb.

Nicat turnirdə 4-cü məğlubiyyətini alıb. O, 3 xalla turnircədvəlində 8-ci pillədə qərarlaşıb.

İddiaçılar Turniri

X tur, 15 aprel

Hikaru Nakamura – Nicat Abasov – 1:0
Fabiano Karuana – Alireza Firuzya – 1:0
Yan Nepomnyaşi – Dommaradju Qukeş – 0,5:0,5
Rameşbabu Praqnanandja – Vidit Santoş Qujrati – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan),Yan Nepomnyaşi (FİDE) - 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) –5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) –5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzya(Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, X turdan sonra şahmatçılara bir günlük istirahətverilib. XI turun matçları aprelin 17-də baş tutacaq.

Seçilən
123
7
Mənbələr
Şərh ()
Bağla