AZ

İkardi "qol krallığı"ndan danışıb: “Qalatasarayın çempion olmağı önəmlidir”

Türkiyənin "Qalatasaray" klubu Superliqanın 32-ci həftəsinin qapanış matçında qonaq olduğu "Alanyaspor"u 4:0 hesabı ilə məğlub etməyi bacarıb. Matçın ardından komandasının 4-cü qolunu vuran argentinalı ulduz Mauro İkardi mətbuata açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, o, liqada "qol kralı" olmağı yox, klubunun çempionluğunu prioritet hesab etdiyini bildirib:

"İlk hissəyə rahat çıxdıq, amma qol vura bilmədik. Fasilədə danışdıq və fərqli mentalitetlə oynadıq və qollar vurub qazandıq".

“İlk hədəfim “Qalatasaray”ın çempion olmağıdır”, - deyə İkardi əlavə edib.

Azərkeşlərin sevimlisi, liqada ən çox qol vuran Edin Dzeko ilə mübarizəsindən də danışıb:

"Ən yaxşı mövsümlərimdən biridir, amma mövsüm boyu yüzdə 100-də olmadım. Əlimdən gələn qədər komanda üçün meydanda olmağa çalışdım. Təbii ki, bombardir olmaq istədiyim bir şeydir, amma “Qalatasaray”ın çempion olmağı prioritetimdir."

Azarkeşlərinə mesaj göndərən 31 yaşlı futbolçu, "Komanda və mənim üçün çox gözəl sevgidir. Bizə sevgi ilə yanaşırlar. Bizi hər yerdə izləyirlər. Bu, həm komanda, həm də mənim üçün sevindiricidir. Onların dəstəyinin davam etməsini istəyirik” sözlərini vurğulayıb.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla