AZ

Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi

Ədliyyə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kənan Qubadzadəni Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədri vəzifəsinə seçilməsini təsdiq etdi. 1news.az xəbər verir ki,Kənan Qubazadə 2011-ci ildən Gənclər Mərkəzinin üzvü və müxtəlif vaxtlarda isə təşkilatın ali məktəblərlə iş üzrə koordinatoru, layihələrlə iş üzrə koordinatoru, İcra direktoru, sədr müavini kimi fəaliyyət göstərib.
Kənan Qubadzadə Gənclər Mərkəzinin müxtəlif layihələrinin rəhbəri kimi uğurlu fəaliyyət göstərib. O, Gənclər Mərkəzini Gənclər Təşkilatlarının Milli Şurasında təmsil edib. Kənan Qubadzadə fəaliyyəti ilə əlaqədar Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Milli Şura, MQF tərəfindən fəxri fərman, diplom və təşəkkürnamə ilə təltif olunub. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin xətti ilə beynəlxalq tədbirlərdə iştirakçı olub. Nəzərinizə çatdırırıq ki, Gənclər Mərkəzi İctimai Birliyi 2006-cı il mayın 26-da təsis olunub. Elə həmin tarixdə də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Gənclər Mərkəzi Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının və Milli QHT Forumunun tam hüquqlu üzvüdür. Məqsədi gənclərin hərtərəfli inkişafına dəstək olmaqdır. Gənclər Mərkəzi ölkə daxilində və xaricində müxtəlif layihələrin təşkilatçısı və iştirakçısı olub

Seçilən
65
7
Mənbələr
Şərh ()
Bağla