AZ

Kloppdan qəribə açıqlama: Qəbir daşımda bu sözlər yazılmasın

"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis özünü böyük hesab etmədiyini deyib:

“Bunun nə demək olduğu məni maraqlandırmır. Bu, məni əla məşqçi edəcəkmi? Mən heç vaxt özümü böyük məşqçi hesab etmirəm. Hələ də insanların məni belə hesab etmələrinə təəccüblənirəm, amma mən bunu qəbul edirəm.

Əhəmiyyətli olan odur ki, "Liverpul"da insanlar bizim əldə etdiyimiz uğurlardan razıdırlar. Məni Arsen Venger və ya başqası ilə müqayisə etmək lazım deyil. Mənim üçün bu heç nə demək deyil.

Qəbir daşımda “burada planetin ən uğurlu məşqçilərindən biri yatır” yazılmasını istəmirəm. Yerin üç fut altında qalacağam. Xeyr, bu mənim üçün deyil. Mən həyatım boyu insanlara kömək edən bir insan kimi xatırlanmaq istəyirəm”.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla