AZ

Patruşev İsrail Təhlükəsizlik Şurasının sədri ilə müzakirə apardı

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Danışıqlarda Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyi bəyan edilib: Yaxın Şərqdə vəziyyətin gərginləşməsi kontekstində Patruşev münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün bütün tərəflərin təmkin nümayiş etdirməsinin vacibliyini qeyd edib". 

Təhlükəsizlik Şurasının katibi Rusiya tərəfinin fikir ayrılıqlarının siyasi və diplomatik yollarla həllinə tərəfdar olduğunu da vurğulayıb.

Ağarza Elçinoğlu 

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla