AZ

Azərbaycanlı futbolçu uduzub

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, onun çıxış etdiyi “Arda” 29-cu turda liderin qonağı olub.

Matç “Ludoqorets”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri hər iki qolu 1-ci hissədə rəqib qapısından keçiriblər. Hüseynov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Arda” turnir cədvəlində 9-cu pilləyə geriləyib. Ardanın komandasını “ilk 6-lıq”dan 3 xal ayırır.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla