AZ

Milli üzvü oynadı, komandası xalsız qaldı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 29-cu turda səfərdə "Ludoqorets"lə qarşılaşıb. Görüş "Arda"nın məğlubiyyəti ilə başa çatıb - 2:0.

Cəlal bu oyunda start heyətdə yer alıb və sona qədər oynayıb.

"Arda" 29 turdan sonra 39 xalla 9-cu sıradadır.
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla