AZ

Lunyov “Qarabağ”dan ayrıla bilər

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun taleyi hələ də qeyri-müəyyəndir.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper mövsümün sonunda Azərbaycan çempionunu azad agent kimi tərk edə bilər.

Daha əvvəl “Qarabağ”ın sözləşməni birtərəfli qaydada uzatmaq hüququna malik olduğu bildirilirdi. Lakin Rusiya mətbuatı bunun həqiqətə uyğun məlumat olmadığını yayıb. Vurğulanıb ki, tərəflər yeni sözləşmədə razılığa gələ bilməsələr, FİFA müqavilənin birtərəfli uzadılması variantlarını tanımayacaq. Bu da o deməkdir ki, Lunyov yayda istənilən kluba havayı keçə bilər.

Qeyd edək ki, Rusiya millisinin üzvü bu mövsüm “Qarabağ”ın heyətində 29 oyun keçirib, 38 qol buraxıb.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla