AZ

Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlar apellyasiya şikayəti verdi

Böyük Britaniya vətəndaşı Qrir Kristoferi (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 16-na təyin edilib.

 

Şikayət hakim Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.

 

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

 

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Qrir Kristofer barəsində rüsvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

 

Elnarə ötən il martın 26-da Qriri Fəvvarələr meydanının yanında görüb. Britaniya vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilinə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.
Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Qririn çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Qrirdən 205 min 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarəyə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmənə qarşı isə CM-in 178.2.1-ci maddəsi ilə ittihamlar elan edilib.

Qeyd: Zərərçəkmiş Böyük Britaniya vətəndaşı Qrir Kristofer Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.

Tarix: 16 Aprel 2024, 09:07   
Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla