AZ

Osman Nərimanoğlu məhkəməyə müraciət etdi

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 17-nə təyin edilib.

 

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Osman Nərimanoğlu 2022-ci ildə həbs edilmişdi. İttihama görə, Nərimanoğlu Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərov və daha 4 nəfər barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb etdiyinə görə tutulmuşdu. 

 

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

 

Kamal Məmmədov

 

Tarix: 16 Aprel 2024, 09:10   
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla