AZ

2 nömrəli Doğum Evində Vətən müharibəsi qazisinin övladı dünyaya gəlib

Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Doğum Evində Vətən müharibəsi qazisi, baş leytenant İlqar Bayramovun övladı dünyaya gəlib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, Doğum şöbəsinin mama-ginekoloqu Şəhla Məmiyeva tərəfindən uğurla icra olunan doğumda 2.700 qr çəkidə (kişi cinsli) körpə dünyaya gəlib.
 
Tibb müəssisəsində zəruri tibbi xidmətlər göstərilən ana və körpə evlərinə yola salınıblar.
 
Vətən müharibəsi qazisi İlqar Bayramov Sabunçu Tibb Mərkəzinin və 2 nömrəli Doğum Evinin rəhbərliyinə və tibbi heyətə dərin minnətdarlığını bildirib.
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla