Azərbaycanlı futbolçu Ramil Şeydayev çıxış etdiyi “Kocaelispor”a texniki qələbə verilə bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb “Giresunspor”un adı iştirak ərizəsində olmayan futbolçunu meydana buraxmasıdır.
Türkiyə 1-ci Liqasının 29-cu turunda “Kocaelispor”un 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada rəqib komanda səhvə yol verib. Matçın 85-ci dəqiqəsində giresunluların heyətində Furkan Arda Kabaca meydana daxil olub. Onun adı sifariş ərizəsində olmadığı üçün “Giresunspor” 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev matçın 8-ci dəqiqəsində hesabı açıb. B