AZ

R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində

Bakı. Trend:

Məlum olduğu kimi, son illər ərzində özü barədə “filantrop”təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkarçirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altındaolmuş Azərbaycan ərazilərində yaradılmış qondarma “ArtsaxRespublikası” adlı qanunsuz silahlı terrorçu birləşmədə, ardıncaisə Ermənistanda hakimiyyətə yiyələnmək niyyətində olmuş şəxs kimitanıdığı, hazırda Azərbaycan Respublikası Dövlət TəhlükəsizliyiXidmətinin İstintaq təcridxanasında həbsdə olan Ruben Vardanyanınçirkli pulları hesabına ona bağlı bir qrup tərəfindən Nobelnamizədliyinin irəli sürülməsi istiqamətində iş aparıldığı haqdaməlumat yayılıb.

Məlum olur ki, hələ 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıqvə Korrupsiya Hesabatı Layihəsi) R.Vardanyan barədə “The TroikaLandromat” kimi təqdim edilən araşdırma hesabatını təqdim edib.

Hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankıolmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayanerməni fəhlələrin adlarına yaratdığı nəhəng “offshore” şirkətlərvasitəsi ilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına,qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinədair üzə çıxan çoxsaylı faktlar təqdim edilir.

OCCRP-nin qeyd edilən yayımının tam mətnini təqdim edirik:

“Nəhəng ofşor şəbəkəsi milyardlarla pul vəsaitlərinindövriyyəsini Rusiya Federasiyasına məxsus banklar vasitəsi iləhəyata keçirib

Digər məqamlara keçid etməzdən öncə qeyd etmək lazımdır ki,Ruben Vardanyanla Armen Ustyanın hər ikisinin erməni mənşəliolmalarından başqa hər hansı ortaq cəhətləri yoxdur.
Belə ki, Vardanyan bir vaxtlar ölkənin ən böyük özəl investisiyabankı olan “Troika Dialoq”a rəhbərlik edən zəngin rusiyalıbankirdir. Onun barəsində Davosda keçirilən Dünya İqtisadiForumunda danışılmış, vətəni Ermənistan üçün xeyriyyəçiliklayihələrinə on milyonlarla dollar xərcləmişdir.
Vardanyandan fərqli olaraq Ustyan isə Moskvada mənzillərin təmiredilməsi biznesinə başlamazdan əvvəl öz vətənində həyat yoldaşı vəvalideynləri ilə eyni mənzildə yaşayan mövsümi inşaat işçisi idi.Lakin Ustyanın əvvəllər heç vaxt görmədiyini dediyi üzərində imzasıolan sənədlər “Troika”ya - əksər hissəsi Rusiya elitası olan bankmüştərilərinə münasibətdə milyonlarla vəsaitin ofşor şirkətlərvasitəsi ilə köçürülməsini nəzərdə tutan “Troika Laundromatı”na(çirkli pul yuma maşını) tərəf düz xətt çəkir. Bank sisteminin özüelə təşkil edilmişdir ki, müştərilər müəyyən olunmuşməhdudiyyətləri yan keçmək, xarici aktivlərini və “yuyulmuşpullar”ı gizlətmək imkanına malik olmuşdurlar. Belə qayda nüfuzsahibi olan oliqarxların nağd pullarla təmin edilməsinə vəcinayətkarlara qanunsuz əldə etdikləri nağd pullarının həqiqimənbəyini pərdələməyə şərait yaratmışdır.
Lakin Ustyanın adı və pasportunun surəti Troikanın sistemində mühümrol oynamış ofşor şirkətlərdən birinə aid bank sənədlərində aşkaredilmişdir. Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinəkimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75şirkətdən biri idi. Bu müddət ərzində “Troika” 4,6 milyard ABŞdolları vəsaitin sistemə daxil olmasına, həm də 4,8 milyard dollarvəsaitin sistem vasitəsi ilə müəyyən istiqamətlərə yönəldilməsinəşərait yaratmışdır. Bu əməliyyatlar üzrə qarşı tərəflər arasındaböyük Qərb bankları olan Citigroup Inc., Raiffeisen və DeutscheBank da çıxış etmişdir. Bunlardan başqa da həmin sistemə olanonlarla şirkət nağd pulun mənbəyini gizlətmək məqsədilə 8,8 milyarddollar dəyəində daxili əməliyyatlar həyata keçirmişdir. (Citigroupbu məsələ ilə bağlı şərh sorğusuna hər hansı münasibətbildirməmişdir. Həmçinin, Raiffeisen müştəri məxfiliyinə istinadedərək şərh verməkdən imtina etmiş, əlavə olaraq Deutsche Bank“Troika” müştəri əməliyyatları haqqında məlumatlara "məhdud giriş"olduğunu əsas gətirərək hüquqi tələblərə görə konkret bizneslərhaqqında şərh verə bilmədiyini qeyd etmişdir)
Həmin ərəfələrdə Vardanyan “Troika”-nın prezidenti, baş icraçıdirektoru və əsas partnyoru idi. O, Moskva İdarəetmə MəktəbiSkolkovo-nun həmtəsisçisi, ölkənin biznes mühitinin inkişafınaçalışan şəxs kimi tanınaraq, Rusiya kapitalizminin Qərb dostunümayəndəsi kimi qazandığı nüfuzu ilə fərəhlənirdi. Bu vaxt,“Troika”-nın işçiləri qeyri-şəffaf maliyyə sistemi qururdular -OCCRP tərəfindən aşkar edilmiş əvvəlki çirkli pulların yuyulmasısxemlərinə bənzədiyinə görə bu sistem “Troika” pul yuma maşınıadlandırıldı.
Əvvəlki çirkli pulların yuyulması sistemlərində olduğu kimi, buradada böyük əməliyyatların çoxu uydurma ticarət sövdələşmələriəsasında həyata keçirilirdi. Saxta invoyslar “mallar”, “ərzaqmalları”, “metal mallar”, “fakturalar” və “avtomobil hissələri”kimi müxtəlif adlarla rəsmiləşdirilirdi. Sızmış məlumatlara daxilolan invoyslar proksilər (həqiqi sahibin gizlədilməsi məqsədiləmüvəkkil edilmiş digər şəxslər) tərəfindən təsdiq edilərəkTroika.ru elektron poçt ünvanlarından göndərilmişdir.

Ruben Vardanyan

Bu əməliyyat portreti OCCRP və Litvanın 15min.lt xəbər saytıtərəfindən əldə edilən və 21 media partnyoru ilə paylaşılan sızmışbank əməliyyatları və digər sənədlər toplusundanaşkarlanmışdır.
Bütövlükdə qeyd olunan məlumatlar 238.000 şirkət və insantərəfindən aparılan 1,3 milyondan çox bank əməliyyatlarından, eləcədə minlərlə elektron məktub, müqavilələr və şirkət qeydiyyatıformalarından əldə edilmişdir.
“Troika” -nın mövcud şəbəkəsinin təhlili məlumatların detallıaraşdırılmasına əsaslanır.
Məlum olmuş faktarla bağlı müsahibəsində Vardanyan ona məxsus olanbankın qaydalarından kənar hər hansı əməliyyatın həyatakeçirilmədiyini, həmin dövrdə digər investisiya bankları kimifaəliyyət göstərdiyini bildirmişdir. O, həmçinin vurğulamışdır ki,ona məxsus olan bankın öz müştərilərinə göstərdiyi geniş sahələriəhatə edən xidmətlər üzrə hər incə detala nəzarət etmək imkanı olabilməzdi. Qeyd olunan pozuntularla bağlı Vardanyanın nə vaxtsahakimiyyət orqanları tərəfindən hər hansı bir təqibə məruz qaldığıvə ya ittiham olunduğuna dair də hər hansı bir sübut aşkaredilməmişdir. Şəxsən özünün imzasına həmin bank əməliyyatları üzrəyalnız “Troika” pul yuma maşınına daxil olan şirkətə kreditinayrılması ilə bağlı sənəddə rast gəlinir.(https://www.occrp.org/documents/troikalaundromat/VARDANYAN_SIGNED_CONTRACT.pdf).
Vardanyan qeyd olunan sistemi özəl sərvətlərin idarə olunmasıxidməti kimi təsvir etmişdir. O, pul yuma maşınını formalaşdıranofşor şirkətlər şəbəkəsinə istinad edərək bildirmişdir: “qeydolunan şirkətlər, o cümlədən mənə məxsus olan şirkət “TroikaDialoq” şirkətinin müştərilərinə texniki xidmət göstərməkdədirlər.Bunlar “çox ailəli şirkətlər” də adlandırıla bilər. Oxşar təcrübəhələ də digər banklarda mövcuddur. Həmin bankların müştərilərininəksər hissəsi beynəlxalq banklar vasitəsi ilə işləyirlər. Bir dahatəkrar edirəm ki, biz hər zaman xidmət göstərdiyimiz dövr üçündünya maliyyə bazarlarında qüvvədə olan qaydalara uyğun fəaliyyətgöstərmişik. Görünən odur ki, qaydalar dəyişir, lakin keçmişmaliyyə bazarlarına hazırkı qaydaların tətbiq edilməsi müasirstandartların “böyük depressiya” dövrünə tətbiq edilməsi kimi birşeydir. Məncə, belə tətbiq etmənin real vəziyyəti təhrif edəbiləcəyi ilə razılaşacaqsınız ”
Vardanyan uydurma ticarət sövdələşmələri barədə suala cavab olaraqbildirmişdir ki, “Troika Dialoq”un gəliri 2006-2010-cu illərarasında 2 trilyon rublu (valyuta dəyişkənliyindən asılı olaraq63-85 milyard dollar) keçmişdir və bu həcmdə şirkətin bütünsövdələşmələri haqqında onun məlumatlı olma imkanı olabilməzdi.
O vaxt Rusiyada bu tipli təcrübələr adi hesab edilsə də,mütəxəssislər “Troika pul yuma maşını” kimi sistemlərin ciddifəsadlar verə biləcəyini qeyd edirdilər.
Corc Meyson Universitetinin Terrorizm, Transmilli Cinayət vəKorrupsiya Mərkəzinin direktoru və təsisçisi, “Qaranlıq Ticarət”kitabının müəllifi Louise Shelley-in dediyinə görə: “hazırda mövcud“səhnə” milli iqtisadi inkişafı ləngidir, insan təhlükəsizliyinipozur və geridə qalan insanların həyat keyfiyyətini aşağı salır.Çirkli pulların yuyulması ilə məşğul olan ölkələr, xüsusən dəinkişaf etməkdə olan dünyada infrastrukturun inkişafı, təhsil,səhiyyə, yeni biznes sahələrinin inkişafı, sahibkarlıq üçün lazımolan böyük həcmdə kapitalı itirirlər. Xaricdə yatan bu həcmdə pulvəsaitləri ilə seçki proseslərinə müdaxilə edilməsi, saxtaxəbərlərin yayılmasına yardım edilməsi də daxil olmaqla hər cürzərərli fəaliyyət həyata keçirilə bilər.”


Kriminal Xidmətlər

Maliyyə laundromatları sadəcə çirkli pulların yuyulması sistemideyildir. Bu həm də gizli investisiya vasitəsi, rüşvət ehtiyatı,vergidən yayınma sxemi və daha çoxudur.
“Troika”nın müştəriləri bu sistemdən Böyük Britaniya, İspaniya vəMonteneqroda əmlak, yəni lüks yaxtalar və sənət əsərləri, tibbixidmətlər və dünya çempionatının biletlərini almaq, övladlarınınnüfuzlu Qərb məktəblərində oxumaları üçün təhsil haqqını ödəmək,hətta kilsələrə ianə etmək məqsədilə istifadə edirdilər.
Əlavə olaraq, “Troika Laundromat”ı mütəşəkkil cinayətkar qruplaravə fırıldaqçılara öz cinayətlərindən əldə edilən gəlirləri yumaqimkanı verirdi. OCCRP və tərəfdaşlar Rusiyada özlərinə məxsus pulvəsaitlərinin mənbəyini gizlətmək məqsədilə maliyyə laundromatışirkətlərindən istifadə edən bir neçə yüksək səviyyəli fırıldaqlarımüəyyən etmişdir.
Şeremetyevo Hava Limanında yanacaq fırıldaqçılığı(https://www.reportingproject.net/proxy/en/moscow-airport-used-in-fuel-fraud)kimi tanınan bu mexanizmlərdən biri 2003-2008-ci illər arasındafəaliyyət göstərmiş və Rusiya dövlətini 40 milyon dollardan çoxvergi gəlirindən məhrum etməklə aviasiya yanacağının qiymətlərinisüni şəkildə şişirtmiş və təyyarə biletlərinin bahalaşmasına səbəbolmuşdur. Həmin dələduzluqda iştirak edən şirkətlər tərəfindən“Troika Laundromat” hesablarına 27 milyon dollardan çox pulvəsaitləri göndərilmişdir. Vardanyanın bu mexanizmə hər hansıaidiyyəti olmamış və o, bununla bağlı məlumatlı olmadığınıbildirmişdir. Həmin dələduzluq əməlləri başa çatdıqdan iki ilsonra, yəni 2010-cu ildə isə, “Troika Dialoq” “Credit Suisse” iləbirlikdə hava limanı üçün məsləhətləşmələrə başlamışdır.
Laundromat ilə əlaqəli ikinci əhəmiyyətli cinayət araşdırması, birneçə Rusiya Federasiyasına məxsus sığorta şirkəti tərəfindən həyatakeçirildiyi iddia edilən vergidən yayınma mexanizminin əhatə edir,hansı ki, bu vasitə ilə sistemə 17 milyon dollar vəsaityerləşmişdirilmişdir.
Sergey Tixomirov adlı şəxs külli miqdarda pul vəsaitləriningöndərilməsini pərdələmək məqsədilə sığortaçılarla saxta xidmətmüqavilələri bağlamaqda ittiham olunmuş və onun ittihamçılarınıngəldiyi nəticəyə görə deyirlər ki, Sergey Tixomirov pulvəsaitlərini xaricə çıxarmazdan və ya nağdlaşdırmazdan əvvəl birneçə hesaba köçürmüş və həmin vəsaitlərin bir hissəsininköçürüldüyü yekun hesab laundromat şirkətləri olmuşdur. (qeydolunanlarla bağlı şərh verməsi üçün əlaqə saxlanılmağa çalışılanTixomirov telefon zənglərinə cavab verməmişdir.)
Başqa bir iş üzrə, ən azı 69 milyon dollar pul vəsaiti rusiyalıviolonçel ifaçısı olan Sergey Rolduginlə əlaqəli şirkətlərəköçürülmüşdür. O, mənbəyi bilinməyən böyük sərvətinin OCCRP,Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və Panama sənədlərilayihəsində media nümayəndələri tərəfindən aşkarlanmasından sonraməşhurlaşmışdır.(https://www.occrp.org/en/panamapapers/persons/roldugin/).
Rolduqinin şirkətlərinin laundromatdan aldığı pul vəsaitlərinin birhissəsi Rusiyanın böyük vergi fırıldaqları nəticəsində yaranmışdırvə bu fakt ifşa edildikdən sonra həbsxanada vəfat edən rusiyalıhüquqşünas Sergey Magnitsky tərəfindən aşkar edilmişdir. Rolduqinqeyd olunanlarla bağlı şərh tələb edən məktuba hər hansı cavabverməmişdir. Bu məsələ ilə bağlı Vardanyan bildirmişdir ki, onunviolonçel ifaçısı haqqında məlumatı var idi, lakin sonuncunun“Troika” ilə hər hansı biznes əlaqəsinin olduğunu bilmirdi.
Maqnitskinin ifşa etdiyi saxtakarlıq şəbəkəsində iştirak edənşirkətlər “Troika Laundromat” vasitəsilə 130 milyon dollardan çoxvəsaitin dövriyyəsini həyat keçirmiş, yüz milyonlarla dollarməbləğində vəsaitlər naməlum məqsədlər üçün laundromata mədaxil vəməxaric edilmişdi.
Vardanyan isə bu əməliyyatların heç birindən xəbəri olmadığını qeydetmişdir.
"Başa düşün, mən mələk deyiləm. Rusiyada yaşamaq üçün sizin üçyolunuz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformistolmaq. Beləliklə, mən konformistəm. Amma mənim öz daxiliməhdudiyyətlərim var: mən heç vaxt “loans-for-shares” (1990-cıillərdə Rusiyada yaradılmış özəlləşdirmə mexanizmi) mexanizmindəiştirak etməmişəm, cinayətkarlarla işləməmişəm, heç bir siyasipartiyanın üzvü deyiləm. Buna görə, hətta 90-cı illərdə mənətrafımda heç bir mühafizəçi olmadan gəzirdim. … Mən özümü vəprinsiplərimi qorumağa çalışıram” deyə o, bildirmişdir.
Laundromatdan pul əldə edən şəxslər arasında Vardanyan və onuailəsi də olmuşdur. 3,2 milyon dollardan artıq vəsait onun AmericanExpress kartının ödənişlərinə istifadə edilmiş, həyat yoldaşına vəailəsinə məxsus hesablara köçürülmüş, Böyük Britaniyada üçövladının təhsil haqqının ödənilməsinə yönəldilmişdir.
Bu rəqəmlər barədə sualı cavablandıran Vardanyan demişdir ki,Troikanın yaratdığı ofşor şirkətlər bankın müştəriləri ilə yanaşı,öz şirkətlərinə də xidmət göstərir.


“Troika” Təməl daşı rolunda

“Troika Laundromatı” son illərdə aşkar edilmiş laundromatlararasında unikaldır çünki o, nüfuzlu maliyyə institutu tərəfindənyaradılmışdır.
1990-cı illərin əvvəllərində yaradılan “Troika Dialoq” Rusiyanın ənböyük özəl investisiya bankına çevrilmişdi. O, 2012-ci ilə qədərölkənin ən böyük dövlət kreditoru olan Sberbank tərəfindən satınalınana qədər Vardanyanın rəhbərliyi altında fəaliyyətgöstərmişdir.
Bütün investisiya bankları kimi, “Troika” da səhm və istiqrazlarınburaxılması, ilkin ictimai təkliflərlə məşğul olur və sığortaagenti kimi fəaliyyət göstərirdi. O, həmçinin Citibank Inc.-inyerli ofisi ilə güclü əlaqələrə malik idi, belə ki, “Troika” -nınyeni investorlarının 20 faizə qədəri ABŞ-ın nəhəng təşkilatlarıvasitəsilə gəlirdi. Troikanın həmtəsisçisi Pavel Tepluxinin 2006-cıildə verdiyi müsahibəyə əsasən bu, Nyu-Yorkda yerləşən CitibankıTroikanın ən böyük xarici maliyyə institutu etmişdir. (Citibankqeyd olunanlara şərh verməsi üçün edilən müraciətləri cavabsızqoymuşdur.)
Credit Suisse və Standard Bank Group daxil olmaqla, digər böyükbeynəlxalq banklar da “Troika” ilə əhəmiyyətl işlər görürdülər.2006-cı ildən başlayaraq Troikanın işçiləri “Troika” Laundromatınınhissələrini birləşdirməyə başladılar.
Laundromat qurmaq üçün dörd vacib element tələb olunur: çirklipulların yuyulmasına qarşı mülayim standartlara malik bank; bankdahesab saxlamaq üçün gizli ofşor şirkətlərin labirinti; həmşirkətlər, həm də hesablar üçün “proksi” (əsas sahibkarıgizlədilməsi üçün səlahiyyətləndirilmiş şəxs) direktorlar vəsəhmdarlar, eləcə də lazım gəldikdə tez bir zamanda ofşorşirkətləri yarada, saxlaya və ləğv edə bilən qondarma formalaşmaagentləri.
Bank pul axınlarını və pul əməliyyatlarını təşkil edən saxtaticarət sövdələşmələrini idarə etməklə yanaşı, “Troika”Laundromatının bütün kiçik komponentlərini təşkil edir.
Burada əsas mexanizm ticarətə əsaslanır: “Shell” (pərdələnmiş)şirkətləri sistemdəki digər şirkətlər tərəfindən alınmalı olanəslində mövcud olmayan mal və xidmətlər üçün saxta hesab-fakturalaryaradırlar. Bu sahədə qazanılmış təcrübə ilə həmin əməliyyatlarınnəzarət qurumları üçün daha az şübhəli görünməsinə səbəb olan, buəməliyyatların qanuni iqtisadi fəaliyyət olmasını göstərən saxtagörüntülər təqdim edirdilər.
Bununla bağlı “George Mason” şirkətinin korrupsiya üzrə ekspertiShelley bildirmişdir: "Siz qeyri-qanuni ödənişin malların daşınmasıilə əlaqəli olduğunu iddia edərək gizlədirsiniz. Bu gün dünyadaçirkli pulların yuyulmasında ən mükəmməl sistem ticarət sistemidir.Əl-Qaidənin qurucusu Usama bin Laden Yaxın Şərqdə pul köçürmək üçünoxşar sistemdən istifadə edirdi.
“Troika” nı təşkil edən şirkətlərdən danışdıqda qeyd etmək lazımdırki, əgər “Troika” laundromatın təməl daşı idisə, onun tamamlayıcıdaşları Britaniyanın Virgin Adalarında yerləşən üç pərdələnmişşirkətləri idi: Brightwell Capital Inc., Gotland Industrial Inc. vəQuantus Division Ltd. Brightwell-in ilk məlum əməliyyatı 12 aprel2005-ci ildə, Gotland 17 fevral 2006-cı ildə, Quantus isə altı aysonra, yəni avqustun 23-də həyata keçirilmişdir.
Bu şirkətlərin bank sənədlərinin təhlili onların laundromatını necəyaratdıqlarını aşkara çıxarır. Belə ki, 2006-cı ildən başlayaraq,onlar bütöv laundromatını özündə birləşdirən çoxsaylı kiçikşirkətləri yaratmaq üçün IOS Group Inc adlı bir aralıq agentinəçoxsaylı kiçik ödənişlər etmişdir. Bununla bağlı məsələlərəaydınlıq gətirmək məqsədi ilə edilmiş sorğulara IOS Group cavabverməmişdir. Həmin pərdələnmiş üç şirkət bütün şəbəkəninfəaliyyətinin təmin etmək məqsədilə 6 il müddətində İOS Group-a 40avrodan 5000 avro qədər pul vəsaitlərinin köçürülməsini davametdirirdilər. Həmin müddət ərzində hesaba köçürülmüş vəsait 143.000avrodan artıq hesablanmışdır.
Quantus, məsələn, Britaniya Virgin Adalarında yerləşən Kentway SAşirkətinin təşkil edilməsi və saxlanılması üçün müəyyən haqqödəmişdir. Bu şirkət sonradan violonçel ifaçısı Sergey Rolduqinəbağlılığı olan Sandalwood Continental Ltd.-yə milyonlarla dollargöndərmək məqsədilə istifadə edilmişdir.
Quantus-un Kentway ilə bağlılığı, laundromat şirkətlərinin bir çoxyollarla bir-birinə bağlılığını nümayiş etdirir. Bu vəziyyətdə,Kentway-in qurulmasına kömək etdikdən sonra, Quantus onumaliyyələşdirməyə başlamışdır, hansı ki, bu vəsait sonradaRolduqinin şirkətinə göndərildi.

Bank

Pul vəsaitlərinin Laundromat şirkətləri vasitəsi ilə birbaşaköçürülməsini təmin etmək məqsədilə Troikanın onunla işləməyə cəlbedilmiş şirkətlərin hesablarının saxlanılması üçün kommersiyabankına ehtiyacı var idi. Həmin bank pul vəsaitlərinin bir ofşorşirkətdən digərinə köçürülməsini təsdiqləmək üçün istifadə edilənLaundromat bizneslərinin maliyyə və ticarət sənədlərindəkiçatımazlıqlara göz yummağa hazır olmalı idi. “Troika” bu iş üçünLitvanın Ukio Bankını seçmişdi. (Litva kreditoru 2013-cü ildəölkənin Milli Bankı tərəfindən riskli sövdələşmələrə qoşulduğuna vətənzimləyicilərin əmrlərinə əməl etmədiyinə görə müsadirə edildi.)Ukio-nun “Troika” laundromatında istifadə oluna bilən 35 və dahaçox şirkət üçün hesablar açdığı müəyyən edilmişdir.
Litva hələ avrodan istifadə etmədiyi üçün avro ilə aparılanəməliyyatları həyata keçirmək üçün Ukio Bankın AvstriyanınRaiffeisen və ya Almanyanın Commerzbank AG kimi Avropa banklarındamüxbir hesablara ehtiyacı vardı. Bu iki kreditor və bir çox digərböyük Avropa və ABŞ maliyyə institutları aparılan bəziəməliyyatların mahiyyəti barədə ara-sıra araşdırma aparmalarınabaxmayaraq “pulların yuyulmasını” həyata keçirməyə razılıqvermişdilər.
Məsələn, müxbir banklardan biri Ukio-nun tələblərin icrasınanəzarət üzrə mütəxəssislərinə kommersiya məqsədi daşımayan “maliyyəyuyulması” əməliyyatlarının mənşəyi ilə bağlış sorğu vermişdir: “Buəməliyyatın mahiyyəti nədir? Müqaviləmiz var (əlavə olunur), ammadüzünü desəm, nə baş verdiyini başa düşmürəm", - deyə mütəxəssisRolduqin ilə əlaqəli bir şirkətə edilən ödənişlə bağlı bikef bir üzifadəsi edərək bildirmişdir. Lakin sorğu cavablandırılana qədərartıq pul vəsaitləri Ukionun hesablarını tərk etmişdir.
Troikanın yaratdığı ofşor şirkətləri üçün niyə Ukio Bankınınseçildiyi barədə suala Vardanyan cavab olaraq bildirmişdir ki, bu,dünyada istifadə olunan Troikanın 20-yə yaxın bankından sadəcəbiridir.

Erməni proksilər

“Pulların yuyulması”nı həyata keçirən çirkətlərdə aparılan bir çoxəməliyyatlarda əsas fiqur Armen Ustyan çıxış edirdi. 34 yaşındaMoskvada mövsümi inşaat işçisi kimi işləyən Ustyan heç bir zamaninvestisiya bankiri olmamışdı.
Ustyanın imzası bir neçə başqa erməni ilə birlikdə “TroikaLaundromatsı”nda həyata keçirilən müqavilələrdə və banksənədlərində müəyyən edilmişdir. Köhnə hərbi pencək və papaqgeyinərək, yüksək səviyyəli maliyyə ilə bağlı suallara cavab verməküçün yanvar ayında o, evlərinin soyuq qonaq otağında jurnalistlərinqarşısına çıxmışdır.
Öz müsahibəsində Ustyan bildirmişdir ki, o, imzasından istifadəedilərək Ukio bankında hesabı qeydə alınan Panamada yerləşən pulyuma şirkəti Dino Capital SA şirkətinin mövcudluğu haqqındaməlumatsızdır. Bank hesabı sənədlərinə onun pasportunun surətiəlavə edilsə də, Ustyan israr edərək bildirmişdir ki, həmin sənədinoraya necə gəlməsi ilə bağlı hər hansı fikri yoxdur.
Müsahibə zamanı Ustyan anasının xahişi ilə bir kağız parçasına özimzasını yazaraq belə bir nəticəyə gəldi ki, ona məxsusluğu iddiaedilən imza çox güman ki, saxtadır.
İmzasının Dino Capital-ın bank hesabı ilə əlaqəli olması iləyanaşı, Ustyan şirkət adından müqavilələr imzalamaq səlahiyyətinəmalik nümayəndə kimi səahiyyətləndirilmiş və onun imzası ən azı 70milyon dollar dəyərində müqavilələrdə aşkar olunmuşdur.
Erməni “Troika Dialoq”la incə əlaqəsini xatırlasa da, qeyd olunanfaktların heç biri barədə məlumatı olmadığını bildirmişdir. Beləki, Ustyan Moskvada iş axtararkən qardaşının investisiya bankındaişlədiyini dediyi rus ermənisinin yanında qalmış və həmin şəxs onaiş tapmağa kömək etmişdir.
Ustyanın Moskva ünvanı doğrudan da erməni əsilli Rusiya vətəndaşıNerses Vaqradyanın adına qeydiyyatdadır. Nersesin qardaşı SamvelVaqradyan əsas pul yuyulmasını həyata keçirən şirkət olanBrightwell-dən milyonlarla dollar alan Rusiya şirkətinindirektorudur. Vardanyanın saytında Samvel Vaqradyan da bankirinxeyriyyə işlərinin əsas mənbəyi kimi xatırlanmışdır. Lakin Samvelinhəqiqətən “Troika” da işləyib-işləmədiyi məlum deyil.
Məsələ ilə bağlı suaların cavablandırılması üçün Vaqradyanqardaşlarının heç biri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Ustyanisə bununla bağlı bildirmişdir ki, Vardanyan qardaşlarının onunmüəyyənedici məlumatlarından istifadə etmələrinə inanmır.
Pul yuma ilə bağlı digər erməni fəalı kimi Edik Yeritsyanı qeydetmək olar. Onun sənədlərindən Kiprdə yerləşən Popat Holdings Ltdüçün Ukio-da bank hesabının qeydiyyatı üçün istifadə edilmişdir. Buşirkət milyonlarla dollar dəyərində Laundromat əməliyyatlarındaiştirak etmişdir.
Yeritsyan OCCRP-yə bildirib ki, üç il əvvəl avtomobil qəzasındansonra yaddaşını itirib və həyatının bəzi hissələrinixatırlamadığını, lakin Ustyanla birlikdə Moskvada işlədikləri zamaneyni mənzildə yaşadıqlarını qeyd etmişdir”.

Seçilən
33
28
Mənbələr
Şərh ()
Bağla