AZ

Həmkəndlisini əsgər yığıncağı üçün qurulmuş mağarda bıçaqlayan şəxsdən xəbər var

Tərtərdə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıqda təqsirləndirilən Süleyman Camalovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 17-nə təyin edilib.

 

Şikayət hakim Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Süleyman Camalov qohumuna məxsus fərdi yaşayış evinin həyətində əsgər yığıncağının keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağarda olarkən münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib. 

 

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən Süleyman Camalov saxlanılıb. Ondan qanunsuz saxladığı “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

 

Süleyman Camalovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 16 Aprel 2024, 08:52   
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla