AZ

«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb – MƏBLƏĞLƏR, ŞİRKƏTLƏR

«Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti» tərəfindən 2023-cü ilin əvvəlindən günümüzədək 93,2 milyon manat dəyərində tenderlər elan edilib. Qurumun tenderlərini müxtəlif şirkətlər udub.

FED.az xəbər verir ki, qeyd edilən dövr ərzində tenderləri sayca ən çox udan şirkətlər "19 Saylı Tikinti Təmir İdarəsi" MMC, "Az-Tex-Import" MMC, “Geoproject” MMC və "İnfinitech" MMC şirkətləri olub.

Adı çəkilən şirkətlərdən "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkəti 55  milyon 152 min manat həcmində 3 tenderin qalibi, yerdə qalan şirkətlər isə 2 tenderin qalibi olub.

Qeyd edək ki, qurumun ən iri məbləğli tenderinin qalibi də məhz "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkətidir.

Bundan başqa, əlavə 2 şirkət dəyəri 10 min manatdan yuxarı olan tenderləri udub : “Crystal İnşaat” ASC və “Protean Construction” ASC.

Şirkətlər haqqında daha ətraflı :

Qeyd edək ki, "19 Saylı Tikinti Təmir İdarəsi" MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar Ş, Karl Marks, ev 67 ünvanında yerləşir.

"Az-Tex-Import" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290 ünvanında yerləşir.

“Geoproject” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin Əliyev Abbas oğludur. Hüquqi ünvanı AZ1018, Bakı şəhəri Xətai rayonu, Oksigen, ev 16 ünvanında yerləşir.

"İnfinitech" MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı  250 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107 ünvanında yerləşir.

“Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.

“Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 ünvanında yerləşir.

Satınalma predmeti

Qalib

Məbləğ

Tarix

1

“Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması

"19 Saylı Tikinti Təmir İdarəsi" MMC

 

45 739 888 AZN

 

04.12.2023

2

Cəbrayil rayonu, horovlu kənd yaşayiş məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdirilmasi üzrə topraq işlərinin satin alinmasi (2-ci elan)

"19 Saylı Tikinti Təmir İdarəsi" MMC

 

4 100 260 AZN

 

22.11.2023

3

Qubadli rayonu, mahruzlu kənd yaşayiş məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdirilmasi üzrə topraq işlərinin satin alinmasi

"19 Saylı Tikinti Təmir İdarəsi" MMC

 

2 312 079 AZN

 

22.11.2023

Cəmi : 55 152 227 AZN

 

1

Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınması

“Crystal İnşaat” ASC

 

14 192 628 AZN

 

04.03.2024

2

Zəngilan şəhərində yerləşən yaşayış məhəlləsinin tikintisi işlərinin satın alınması

“Protean Construction” ASC

 

11 500 578 AZN

 

04.03.2024

3

Xidməti istifadə üçün 3 ədəd müvəqqəti yaşayiş şəhərciklərinin salinmasi işlərinin satinalinmasi

"Ricon" MMC

3 714 856 AZN

31.10.2023

4

Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayiş məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdirilmasi üzrə topraq işlərinin satin alinmasi

Kəmalə-A Firması

2 050 741 AZN

19.06.2023

 

1

Nəqliyyat və xüsusi texnikalarin satin alinmasi

"Az-Tex-Import" MMC

984 026 AZN

21.09.2023

2

Nəqliyyat və xüsusi texnikalarin satin alinmasi

"Az-Tex-Import" MMC

965 962 AZN

02.05.2023

Cəmi : 1 949 988 AZN

 

1

Zəngilan,Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonası üçün ayrılmış ərazilərdə layihələndirmə xidmətlərinin satınalınması

“Geoproject” Mmc

 

518 114 AZN

 

18.03.2024

2

Zəngilan rayonu, Alıbəyli kəndinin yenidənqurulması üzrə layihələndirmə xidmətlərinin satınalınması

“Geoproject” Mmc

 

1 130 411 AZN

 

18.03.2024

Cəmi : 1 648 525 AZN

 

1

Qubadlı rayonu, Zilanlı kənd yaşayiş məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdirilmasi üzrə topraq işlərinin satin alinmasi

"Core Construction" MMC

1 239 240 AZN

23.08.2023

2

3 ədəd modul tipli müvəqqəti yaşayış şəhərcikləri üçün mallar və avadanlıqların satın alınması

"Unical Texnik" MMC

724 542 AZN

24.01.2024

3

Qeyri-yaşayış sahəsinin icarə müqaviləsi

Qasımov Qədir Fuad Oğlu

 

237 840 AZN

 

28.02.2024

4

Mal-materialın satınalınması

"Proqres" Xüsusi Firması

 

155 964 AZN

 

22.11.2023

5

Tədbirlərin təşkili işlərinin satın alınması

"Prima Consalting" MMC

143 850 AZN

14.04.2023

 

1

Maşin və avadanliqlarin satin alinmasi

"İnfinitech" MMC

87 862 AZN

14.04.2023

2

Kartriclərin satın alınması

"İnfinitech" MMC

 

47 096 AZN

 

22.11.2023

Cəmi : 134 958 AZN

 

1

Cəbrayıl rayonu,Horovlu kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə torpaq işlərinə,Zəngilan rayonu,Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə torpaq işlərinə,Cəbrayıl rayonu Horovlu kənd yaşayış məntəqəsində 2,3,4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinə müəllif nəzarəti

Bakı Dövlət Layihə İnstitutu

 

113 842 AZN

 

05.03.2024

2

Müəssisənin balansında olan minik avtomobillərinin təmiri üçün ehtiyat hissələrinin və təmir xidmətlərinin satın alınması

"Yenimotor" MMC

68 170 AZN

06.04.2023

3

Topoqrafiya və geodeziya işlərinin satınalınması

"Datum" MMC

59 699 AZN

13.09.2023

4

Mətbəə məhsullarının satın alınması

"Megaprint" MMC

 

55 755 AZN

 

22.11.2023

5

Yükdaşıma xidmətlərinin satın alınması

"166 Global Logistics" MMC

 

43 500 AZN

 

22.11.2023

6

Dəftərxana və təsərrüfat mallarının satın alınması

"A4 Ofis" MMC

 

18 272 AZN

 

22.11.2023

7

Websayt, brandbook və logonun hazırlanmasının satın alınması

"Javachip" MMC

 

6 669 AZN

 

22.11.2023

YEKUN : 93 211 844 AZN

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla