AZ

“Tarixdə bu gün” - 16 aprel nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

16 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

16 aprel  Ümumdünya Səs Günüdür:

 

Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.

 

2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

 

16 aprel Ümumdünya Bioloqlar Günüdür:

 

Hər il aprelin 16-sı Bioloqlar Günü kimi qeyd olunur. Biologiya həyatın ilk yarandığı gündən etibarən necə inkişaf etdiyini, müxtəlifliyə təsir edən bəzi amilləri, dünyada mövcud müxtəlifliyin yayılmasını, həyat hadisələrini quruluş və fəaliyyətinə əsaslanaraq araşdıran, gələcək vəziyyəti ilə bağlı proqnozlar verən elm sahəsi kimi tanınır.

 

16 aprel 1912-ci ildə Manş  dənizini təyyarə ilk ilk keçən amerikalı qadın pilot Harriet Quimbi (Harriet Quimby) oldu:

 

Quimbi bundan 3 ay sonra hava nümayişi zamanı təyyarənin yerə çırpılması nəticəsində dünyasını dəyişib.  

 

16 aprel  müxbir, şəhid Məhərrəm İbrahimovun doğum günüdür:

 

M.İbrahimov 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib.

 

O, 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonununSusuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla