AZ

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

Azərbaycanlı fiqurlu konkisürən Mariya Ağayeva Rusiyanın “Match TV” kanalına maraqlı açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Rusiyada yaşayan 16 yaşlı idmançı atası Ruslan Ağayevin onu Azərbaycan millisində görmək arzusunda olduğunu etiraf edib.

“Anam uşaqlıqda fiqurlu konkisürən olmaq arzusunda olub. Amma xəyalı gerçəkləşməyib. Buna görə də məni fiqurlu konkisürməyə göndərdi. Anam bu idman növünü başa düşür, birlikdə çıxışlarıma baxırıq, hərdən nəyisə müzakirə edirik. Atam isə Azərbaycan millisi uğrunda yarışacağımı xəyal edirdi. Arzular arzu olaraq qaldı”, – deyə Mariya Ağayeva bildirib.

Qeyd edək ki, Ağayeva ötən mövsüm Rusiya çempionatında 9-cu yeri tutub.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla