AZ

Alimlər analiz apararaq bitkilərin ətraf mühitin stresinə necə reaksiya verdiyini öyrəniblər

Alimlər müəyyən ediblər ki, stres altında bitkilər müəyyən genləri aktivləşdirir, digərlərini isə bloklayır.


Aztibb.az xəbər veri ki, araşdırmanın nəticələri “Science Daily” jurnalında dərc olunub.


Tədqiqatçılar vəzəri üzərində aparılan təcrübə zamanı bitkinin müxtəlif ssenarilərə görə müxtəlif stres növlərinə reaksiya verdiyini müəyyən ediblər. Bu vəziyyətdə bəzi genlər aktivləşir, digərləri isə daha əlverişli dövrlər baş verənə qədər bloklanır.


Hər bir genin rolunun müəyyən edilməməsinə baxmayaraq, elm adamları əldə edilən nəticələri bitkilərin quraqlığa, kimyəvi reagentlərə və digər mənfi xarici təsirlərə reaksiyasını qiymətləndirmək üçün kifayət qədər vacib hesab edirlər.


Qeyd edək ki, vəzəri ağciyər xərçənginə yoluxan xəstələr üçün məlhəmdir. Bu göyərti növü qanazlığına da faydalıdır. Dəmirlə bağlı qanazlığınız varsa, vəzəri dəmiri orqanizmdə artıacaq. Həmçinin, prostat böyüməsi və iltihablı revmatizma xəstəliyi olanlara da vəzəri çox yaxşı təsir göstərir. Vəzəri baş ağrısını kəsir, bağırsaq parazitlərini tökür, eyni zamanda saçın tökülməsinin qarşısını alır.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla