AZ

Statistika Komitəsi: «Son bir ildə qiymətlər 1% artıb, ərzaq ucuzlaşıb»

2024-cü ilin yanvar-mart ayılarında Azərbaycanda qiymət artımı cəmi 1% təşkil edib, bu dövodə ərzağın qiymətlərində ucuzlaşma qeydə alınıb.  

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar-mart ayları üzrə hesabatında bildirilir. 

Komitənin məlumatına görə, 2024-cü ilin ilk 3 ayında ölkədə qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artıb. 

Qida məhsullarının və içkilər və tütün məmulatlarının qiymətində ümumiyyətlə 0,3% ucuzlaşma qeydə alınıb. 

Bu dövrdə qeyri-qida malları 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,5 faiz bahalaşıb. 

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla