AZ

"Azərbaycanda çox insan qızının futbolçu olmasını istəmir"

"Azərbaycanın qadın futbolunda seleksiya ilə bağlı böyük problemlər var".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev deyib.

Avropa çempionatının ilkin seçmə mərhələsində ardıcıl 3 oyunda məğlub olan yığmanın çalışdırıcısı komandada olan problemlərdən danışıb:

“Heyəti formalaşdırmaqda çətinlik çəkirik. Qadın futbolunda sabit, eyni səviyyədə oyunçuları bir araya toplamaq asan olmur.

Kişi futbolunda zəif çıxış edən oyunçu ən azından çətin vəziyyətdə topu qüvvətli zərbə ilə qabağa vuraraq təhlükəni sovuşdurur. Yaşı az olan qız futbolçuların zərbələri də güclü olmur.

Bu bir az mentalitetlə də bağlıdır. Azərbaycanda çox insan qızının futbolçu olmasını istəmir.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların qadınlardan ibarət komandaları olsaydı, bəlkə biz də uğur qazanardıq”.

H.Ağayev əsas milli komandanın U-19-a nisbətən daha yaxşı çıxış etməsini əsaslandırıb:

“Aşağı yaş qruplarında bir qədər yetişib, özünü yaxşı tərəfdən göstərən futbolçu dərhal əsas yığmaya cəlb olunur. Belədə U-17 və ya U-19 önəmli oyunçularını itirir. Yenidən heyət formalaşdırmaq isə zaman alır”.

Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində Monteneqro və Latviyaya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla