AZ

YAP Nəsimi rayon təşkilatı adından şəhid ailələrinə bayram sovqatları verildi - FOTOLAR

Nəsimi rayonunda İslam dünyasının şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə  İmperial şadlıq sarayında  “Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirildi və iftar süfrəsi təşkil edilib. 

"Unikal" xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Millət vəkilləri, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayon ağsaqqalları, rayon ictimaiyyəti, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, Vətən Müharibəsi Şəhid ailələri, qaziləri, 20 Yanvar və Çernobıl əlilləri iştirak ediblər.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə  tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığını nümayiş etdirir.
 
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını təbrik edərək, onlara bu müqəddəs bayram günü münasibəti ilə xoş arzularını çatdırıb.
 
Tədbir konsert proqramı ilə davam etdirilib. Bayram ərəfəsində YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti  adından rayon ərazisində yaşayan 200 şəhid və qazi ailəsinə, həmçinin  1000 nəfərə yaxın aztəminatlı ailələrə bayram sovqatları çatdırılıldı.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla