İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb.
Vətənini.az- ın “TASS”a istinadən verdiyi xəbərə görə, “X” diplomatik missiyasında dərc olunmuş mesajda deyilir ki, həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir. E-poçt ünvanı və təcili telefon nömrəsi də verilir.
İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik TASS-a açıqlamayıb.