AZ

“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”

Azərbaycan və Ermənistanın sülh müqaviləsinə çox yaxın olması fikrini Türkiyənin xarici işlər naziri Hakan Fidan da "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı dilə gətirmişdi...
 
“Bölgəmizdə firavanlığın yeganə şərti sülhdür. Sülh bərqərar olsa, nəhayət, sərhədləri açmaq, insanların və malların sərbəst gediş-gəlişi mümkün olacaq ki, bundan Azərbaycan da faydalanacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq ki, bu da hamı üçün sərfəli olacaq”.
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Viktor Yengibaryan “Loyal” təhlükəsizlik siyasəti jurnalının baş redaktoru Andre Uzulisə müsahibəsində söyləyib.
 
Erməni nəşri müsahibədə müzakirə olunan əsas tezisləri qısaca təqdim edib. Aktuallığını nəzərə alaraq onları oxucuların nəzərinə çatdırırıq:
 
“-Bölgəmizdə firavanlığın yeganə şərti sülhdür. Sülh bərqərar olsa, nəhayət, sərhədləri açmaq, insanların və malların sərbəst gediş-gəlişi mümkün olacaq ki, bundan Azərbaycan da faydalanacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq ki, bu da hamı üçün sərfəli olacaq
 
-Ermənistan cəmiyyətinin həmrəyliyi və Ermənistan hökumətinin səyləri sayəsində  Qarabağdan Ermənistana  köçkün düşmüş insanların üzləşdiyi problemləri yüngülləşdirmək və çadır məskənlərindən yayınmaq mümkün olub.
 
-Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız Azərbaycanın siyasi iradəsi çatışmır.
 
-Ermənistan hökumətinin “Sülh yollarının qovşağı” təşəbbüsü bizim sülh gündəmimizin ən mühüm hissəsidir, o, şimal-cənub, şərq-qərb ticarət və iqtisadi əlaqələrin mühüm hissəsinə çevriləcəkdir.
 
-Ermənistanda güclü demokratik strukturlar var, ölkə korrupsiyaya qarşı uğurla mübarizə aparır, buna görə də 2022-ci ildə 12 faizdən çox iqtisadi artımımız oldu.
 
-Ermənistan silah tədarükü bazarlarının şaxələndirilməsi və peşəkar ordunun yaradılması istiqamətində addımlar atır.
 
-Rusiya Ermənistanın strateji tərəfdaşıdır, lakin o, həm də Azərbaycanın strateji tərəfdaşıdır və 2011-ci ildən Ermənistana milyardlarla dollar dəyərində silah satıb. Amma Ermənistana qarşı münasibətdə belə deyil. Bu mənada Rusiya Federasiyasının Ermənistanın müdafiə qüvvəsi olması iddiası doğru deyil. KTMT Ermənistanı nəinki hərbi, heç siyasi cəhətdən də dəstəkləmədi, ona görə də bizdə strukturun mənası ilə bağlı ciddi suallar yaranır...
 
-Aİ-nin mülki missiyasının regionda müsbət rolu var. Aİ-nin ən böyük dövləti kimi Almaniyadan Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı fəal səylər gözləyirik. Türkiyə ilə yaxşı münasibətləri olan bir dövlət kimi Almaniyanın da təsiri bizim üçün önəmlidir”.
 
Xatırladaq ki, Azərbaycan və Ermənistanın sülh müqaviləsinə çox yaxın olması fikrini Türkiyənin xarici işlər naziri Hakan Fidan da "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı dilə gətirmişdi...
 
S.Laçın
 
Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla