AZ

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub (FOTO)

Bakı. Trend:

Saat 00:28 radələrində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yəməxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlətqeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobilxəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyəcəhd edib və qatara çırpılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki,toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlifdərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımbriqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircanstansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan"Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməniitirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidininşlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinəciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydalarıpozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün vəsərnişinlərin həyatını da riskə atırlar.

Dəmiryol
Dəmiryol
Seçilən
16
23
Mənbələr
Şərh ()
Bağla