AZ

İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA

İran ordusu öz hava məkanlarını qorumaq üçün əsasən Rusiya tərəfindən təchiz edilmiş köhnəlmiş hava hücumundan müdafiə sistemlərindən istifadə edir...
 
İsrail aprelin 14-nə keçən gecə İsrail ərazisinə etdiyi kütləvi hücuma görə İrana cavab hazırlayır. Yəni İsrailin İran ərazisinə zərbə endirməsi mümkündür. İranlıların ixtiyarında İsrailin hücumu zamanı istifadə oluna biləcək bir neçə hava hücumundan müdafiə sistemi var, lakin onların effektivliyi şübhə altındadır.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Defence Express” yazır.
 
Hazırda İran ordusunun əlində ən azı 10 "S-200" və 32 "S-300PMU" zenit-raket kompleksi var. Sonuncular 2015-ci ildə Rusiya tərəfindən İrana ötürülüb. Bu sistemlər çoxdan köhnəlib və çətin ki, İsrail raketlərini effektiv şəkildə ələ keçirə bilsin…
 
Bundan əlavə, İran 2019-cu ildə təqdim edilən ən son "Bavar-373" hava hücumundan müdafiə sistemlərinə malikdir. Bu kompleksin real imkanları haqqında heç nə məlum deyil, lakin iranlılar bu hava hücumundan müdafiə sistemlərinin Rusiyanın "S-400"-ündən daha güclü olduğunu iddia edirlər. Eyni zamanda, “Bavar” real döyüş şəraitində sınaqdan keçirilməyib, ona görə də bu açıqlama olduqca mübahisəlidir…
 
İran həmçinin "MIM-23B I-Hawk" və Çinin "HQ-2" kimi orta mənzilli hava hücumundan müdafiə sistemlərinə, eləcə də 150 kilometrə qədər məsafədəki hədəfləri vura bilən "Talaş/15th Khordad" sistemlərinə malikdir.
 
Bundan əlavə, İranın sərəncamında "Tor-M1" və Çinin "FM-80" kimi xeyli sayda qısa mənzilli sistemlər var.
 
Hazırda İsrail hakimiyyəti İrandan hücuma cavab hazırlayır, lakin konkret addımlar hələlik məlum deyil.
 
S.Laçın
 
Seçilən
93
21
Mənbələr
Şərh ()
Bağla