AZ

"Alimlər solaxaylığın genetik sirlərini öyrənib" - araşdırma

"İnsanın bir əlinin dominantlıq etməsi baş beynin anatomik assimmetriyası nəticəsində yaranır..."
 
"Solaxaylar sağəllilərə nisbətən nadir genə malikdir..."
 
Alimlər solaxaylığa qismən cavabdeh olan kodlaşdırıcı zülalın nadir genetik variantını aşkar edib.
 
Moderator.az cavab verir ki, bu barədə "İnverse" nəşri yazıb.
 
Tədqiqatçılar çoxdan sirr olaraq qalan solaxayların dünyaya gəlişinin səbəbini müəyyənləşdirib. 
 
Tədqiqat beyin assimmetriyası və solaxaylıqla qismən bağlı olan müəyyən zülalların kodlaşdırılmasının nadir variantını müəyyən edib.
 
İnsanın bir əlinin dominantlıq etməsi baş beynin anatomik assimmetriyası nəticəsində yaranır. Sağəllilərdə yarımkürə ölçülərinə görə bir qədər böyükdür, solaxaylarda sağ yarımkürə dominantlıq edir.
 
Mərkəzi sinir sisteminin inkişafının bu xüsusiyyəti hələ dölün ana bətnində inkişafı zamanı özünü büruzə verməyə başlayır, yəni bunun genetik səbəbi var.
 
Niderland neyrobioloqları insan ekzomunu (genomun bütün zülallarının kodlaşdırılmış hissələrinin ardıcıllığı) tədqiq edərək, onun hissəsinin solaxaylığa təsirini öyrənib. 
 
Tədiqat Böyük Britaniyanın Bioloji Bankında toplanan 600 min nəfərin genetik materialının nümunələri tədqiq edib. Onların yarısı sağəllilər, yarısı soləllilərə məxsus olub.
 
Alimlər fərqləri və bir əlin dominantlıq etməsilə əlaqəli olan nadir genetik variantı olan kodlaşdırıcı zülalı axtarıb. Nəticədə bu əlamətlə TUBB4B adlı gen arasında əlaqəni müəyyən edib.
 
O, TUBB4B genetik variantdan asılılığı ilə fərqlənən tubulin zülallarını kodlaşdırır və silindrik mikroborucuqların inşasında iştirak edir.
 
Bu sonsuz hüceyrə strukturları, ehtimal ki, insan beyninin assimmetriyası və bir əlin dominantlıq etməsi üçün həlledici əhəmiyyətə malikdir.
 
Məlumdur ki, mikroborucuqlar hərəkəti təmin edən və hüceyrələrin assimmetriya mexanizmi ola biləcək "kiprikçiklərin, yəni hüceyrə orqanoidlərinin inşasına kömək edir. Alimlərin fikrincə, bu, beynin inkişafına təsir göstərə bilər. 
 
Tubulin zülalları o cümlədən mikroborucuqların bir-birilə necə birləşməsinə təsir edir. Yəni tubulinləri dəyişdirən gen variantları hüceyrələrin forma və hərəkətinə təsir göstərir.
 
Alimlər qeyd edir ki, onların kəşfi solaxaylığın səbəblərinin son cavabının müəyyən edilməsində yalnız ilk addımdır.
 
Onlar aydınlaşdırıb ki, TUBB4B 2, 7 dəfə tez olmaqla solaxaylarda kodlaşdırmanın nadir variantlarına malikdir, lakin sol əlin dominantlıq etməsinin mütləq əlaməti deyil.
 
Yəni TUBB4B nadir variantları yalnız bir açardır, digər açarları tədqiqatçılar hələ müəyyən etməlidir.
Seçilən
734
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18483
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17788
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17020
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16238
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15521
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14675
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13850
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13559
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11039
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10919
"Zaur, yenə çaşdın..." - VİDEO
8546
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7559
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6793
Minimum əmək haqqı nə qədər arta bilər?
6761
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6377
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5794
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5488
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5396
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5017