AZ

Milli Kitabxanada Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Bakı, 3 aprel, AZƏRTAC

Belarus Mədəniyyəti Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Belarus mədəniyyət xadimləri iştirak ediblər.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Belarus qonaqlarını salamlayaraq, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə ümidvar olduğunu bildirib.

Dəyirmi masanın moderatoru qismində çıxış edən Azərbaycanın mədəniyyət naziri Cahangir Səlimxanov iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yeni formatda qurulmasının zəruriliyini qeyd edib.

Belarus Dövlət Filarmoniyasının baş direktoru Aleksandr Nikita Belarus və Azərbaycan arasındakı oxşar cəhətlərin mövcudluğunu söyləyib. “Biz əməkdaşlığımızın praktiki müstəvisinə çıxmalıyıq. Biz həmkarım, Azərbaycan Filarmoniyasının direktoru Murad Adıgözəlzadə ilə gələcəkdə görüləcək işlərlə bağlı bir neçə layihə hazırlamışıq. Bundan əlavə, Azərbaycanın müxtəlif regionlarında çıxış etmək bizim üçün çox gözəl olardı. Qeyd etmək istəyirəm ki, Azərbaycanda çox sayda güclü səsə malik və istedadlı ifaçılar var. Dünən keçən qala-konsertdə bütün bunların şahidi olduq, tədbirdə Belarusu təmsil edən etnik azərbaycanlılar çıxış ediblər”, - deyə Belarus filarmoniyasının direktoru vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vurğulayıb ki, Mədəniyyət Günləri zamanı çox istedadlı Belarus rəssamlarının yaradıcılığının tam spektrini nümayiş etdirmək mümkün deyil. “Azərbaycanda Belarus Mədəniyyəti Günləri – ikitərəfli qarşılıqlı münasibətlərdə yeni bir mərhələdir. Biz Belarus həmkarları ilə təsviri incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlmişik. Biz 2025-ci ildə həm Belarusda, həm də Azərbaycanda rəssamlarımızın sərgilərini keçirməyi planlaşdırırıq”, - deyə Xalq rəssamı bildirib.

Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova iki ölkənin mədəniyyət qurumları arasında bir neçə il ərzində aparılan sıx əməkdaşlıqdan bəhs edib. O, bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib.

“2025-ci ildə Belarusda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində biz böyük məmnuniyyətlə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasını, eləcə də müasir rəssamların əsərlərini nümayiş etdirəcəyik”, - deyə o əlavə edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova xatırladıb ki, dünən Belarus rəssamlarının sərgisinin açılışı olub, bu, Belarus həmkarları ilə realizə olunan ilk birgə layihədir. Azərbaycan tamaşaçısı üçün təsviri sənətin yeni növlərinin kəşfinin çox maraqlı olacağını qeyd edən muzeyin direktoru əlavə edib ki, iki ölkənin qurumları arasında muzeylərarası əlaqələr qurulur, mütəxəssislər mübadiləsi aparılır.

“Belarusfilm Milli Kinostudiya” Respublika Unitar Müəssisəsinin baş direktoru Aleksey Yuri Azərbaycan kinostudiyalarını Belarusa dəvət edib. “Belarusda Azərbaycan Kino Günlərini keçirməyi təklif edirəm. Azərbaycanlı həmkarlarla görüşlər zamanı biz çərçivə sazişi hazırladıq və ümid edirəm ki, Belarusda Azərbaycan Kino Günlərində imzalanacaq. Biz, həmçinin gələcəkdə Belarusda yaşayan azərbaycanlılar, siz isə Azərbaycanda yaşayan belaruslar haqqında sənədli film də çəkə bilərik”, - deyə baş direktor bildirib.

Dəyirmi masa çərçivəsində iki ölkənin mədəni əməkdaşlığının genişləndirilməsi üzrə müxtəlif təkliflər səsləndirilib.

Seçilən
694
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4003
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3692
Bu yol qovşağında təmir işləri aparılacaq
3213
Bakıda hoteldə yanğın başlayıb
2757
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1859
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1707
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1563
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1513
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1493
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1296
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1283
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1202
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1197
Azərbaycan nefti ucuzlaşıb
1077
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1000
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
997
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
957
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
954
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
899
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
870