AZ

31 mart - Azərbaycanlıların soyqırımı günü

Yaddaşımızdan silinməyən dəhşət - 31 mart 

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə, təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

 Həmin hadisələr zamanı erməni daşnakları və bolşeviklər on minlərlə dinc azərbaycanlını amansızcasına qətlə yetirdi. Ağlasığmaz vəhşiliklər təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də törədildi.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı döyüş meydanında verildi. Ərazi bütövlüyü bərpa edilən Xalqımız ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacaq.

Soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik!

Mənbə: aqreqator.az

Aqreqator
Seçilən
183
Mənbələr
Şərh ()
Bağla