AZ

Dar şalvar geyinməyin İNANILMAZ FƏSADLARI

“İndiki gənclərin çoxu, orta nəslin də bəzi nümayəndələri dar şalvar geyinir. Amma unutmayaq ki, dar şalvar geyinməyin fəsadları çoxdur”. 

Bunu Bizim.Media-ya açıqlamasında həkim-ginekoloq Təranə Həsənova deyib. O bildirib ki, hər zaman mən öz pasiyentlərinə dar şalvardan uzaq durmağı tövsiyə edib:

“Dar şalvar kiçik çanaq orqanlarının qan təchizatında və sinirlərdə problem yarada bilər. Dar şalvarın bir neçə saat bədəndə qalması hesabına orqanlar sıxılır. Nəticədə sıxılan qan damarlarında və sinir sistemlərdə ciddi fəsadlar üzə çıxır. 

Kiçik çanaq orqanlarındakı damarların sıxılması damarların divarlarında problemlər yaradır. Bundan başqa dar şalvar bu çanaq orqanlarının özündə də ciddi fəsadlar yarada bilər. Çünki digər orqanlar kimi kiçik çanaq da davamlı olaraq qanla qidalanır. Xüsusən, menstrual problemləri olan qadınlar və qızlar dar şalvardan uzaq durmalıdırlar”.

Həkim-ginekoloq onu da əlavə edib ki, dar şalvar geyinən insanlarda bir qayda olaraq sinirlər sıxılı vəziyyətdə olur:

“Bu da bir sıra xəstəliklərə aparıb çıxarır. Sinir xəstəliklərinin isə bəzən müalicəsi mümkün olmur. Belə xəstələr müayinə olunarkən onlarda genetik olaraq heç bir xəstəlik aşkar olunmur. Bununla belə həmin şəxslər davamlı olaraq ağrılardan şikayətlənirlər. Bundan əlavə bu sıxılmalar iltihablı xəstəliklərə də yol açır. Dar şalvar geyinən qadınların uşaqlıq borusu normal havalanmır. Bu səbəbdən də uşaqlıq borusunda iltihablar əmələ gəlir. Bunu isə çox az qadın anlaya bilir. 

Dəfələrlə bizə müraciət edən qadınlar olub ki, iltihabdan şikayətlənirlər. Baxmayaraq ki, onlar davamlı şəkildə müalicə aldıqlarını deyirlər. Son vaxtlar belə bir hala da rast gəlirik ki, sintetik və dar alt paltarı geyinən qadınlarda allergik xəstəliklər meydana çıxır. Ona görə də dar şalvardan çox istifadə etmək olmaz”.

Seçilən
22
5
Mənbələr
Şərh ()
Bağla