AZ

"Ömer"in final tarixi açıqlandı - FOTO

Türkiyənin reytinqli layihələrdindən olan "Ömer" serialı final edəcək.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sevilərək izlənilən ekran işi 54-cü bölümdə tamaşaçılarla vidalaşacaq.

Bu bölüm 6 may tarixində yayımlanacaq.

Serialın yayımlandığı "Star TV" kanalı gözlənilməz addım ataraq belə bir qərara gəlib.

"Ömer" artıq iki ildir yayımlanır və ekranlara çıxdığı ilk gündən reytinqlərdə zirvədə qərarşalmışdı.

 Xatırladaq ki, serialın əsas rollarında Selahattin Paşalı (Ömer Ademoğlu) və Gökçe Bahadır (Gamze Sağlam) çəkiliblər.

Ekran işində Ömerin ailə qurub boşanan və özündən yaşca böyük Gamze adlı xanımla eşq hekayəsindən bəhs edilir.

Dram janrlı layihənin rejissoru Cem Karcıdır. 

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla