AZ

Qədr gecəsi ilə bağlı əfv fərmanı imzalandı

Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov Qədr gecəsi şərəfinə məhkum edilmiş 356 ölkə vətəndaşının əfvi haqqında fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, əfv olunmuş vətəndaşlar azadlıqdan məhrum etmə növündə cəzanın əsas hissəsini çəkməkdən azad edilirlər.

Prezident hüquq-mühafizə orqanlarının rəhbərlərinə məhkumların azadlığa buraxılması üçün lazımi işlərin görülməsini, bundan əlavə, yerli icra hakimiyyəti orqanlarına əfv olunan şəxslərin işlə təmin olunması üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Bu il Türkmənistanda Qədr gecəsi aprelin 6-na keçən gecə qeyd ediləcək.

Türkmənistanda əfv aksiyaları 1999-cu ildən tətbiq edilir. Hazırda onlar ildə 3-4 dəfə reallaşdırılır və əsas dövlət bayramlarına təsadüf edir.


Telegram kanalımız
Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla