AZ

“WhatsApp” qaydalarla razılaşmayan istifadəçiləri bloklamağa başlayacaq

“WhatsApp” mesencerinin tərtibatçıları aprelin 11-dək razılaşdırılmalı olan xidmət şərtlərini yeniləyiblər. Şərtlərlə razılaşmayan istifadəçinin hesabları bloklanacaq.

“Rəqəmsal Bazarlar Qanunu” (DMA) səbəbindən yeni qaydalar Avropa regionunun sakinlərinə şamil edilir. Mesencerdə “WhatsApp”dan istifadəyə dair tövsiyə və prinsiplərin işini təsvir edən bölmələr yenilənib.

Bundan əlavə, aprelin 11-dən “WhatsApp” mesencer istifadəçiləri üçün minimum yaş tələblərini dəyişir və bu tələblər 16 yaşdan 13 yaşa endiriləcək.

Yeni tələblər köhnə “WhatsApp” istifadəçiləri üçün aprelin 11-dən, fevralın 16-da və daha sonra qeydiyyatdan keçənlər üçün isə mesencerdə profil yaradıldığı gündən qüvvəyə minir.

Mənbə: Gazeta.ru

Mənbə: oxu.az

Aqreqator
Seçilən
204
10
Mənbələr
Şərh ()
Bağla