AZ

İranın Astara dəmiryol terminalı ilə Azərbaycana ixracının həcmi açıqlandı

Bakı. Trend:

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın şimalındayerləşən Gilan vilayətinin Astara dəmiryol terminalı üzərindənməhsul tranziti öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə36% artıb.

Trend-in məlumatına görə, bunu İranın Şimal Dəmiryol İdarəsininbaş direktoru Qulamhüseyn Vələdi deyib.

Q.Vələdinin sözlərinə görə, ötən İran ilində Astara dəmiryolterminalı ilə tranzitin həcmi təxminən 299 min (298 787) ton təşkiledib.

Vələdi deyib ki, əsasən, un, darı, buğda və arpa, şüşə, ağac vəağac materialları və sair tranzit olunan məhsullardır.

O əlavə edib ki, ötən İran ilində Astara dəmiryol terminalıvasitəsilə Azərbayana təxminən 184 min ton məhsul ixrac olunub.Məhsul ixracı öncəki illə müqayisədə 8% azalıb. Öncəki ildə İranınAzərbaycana Astara dəmiryol terminalı ilə məhsul ixracı 199 min tontəşkil edib.

“İran Astara dəmiryol terminalı ilə Azərbaycana əsasən müxtəlifnöv meyvə, soğan, sement, kimyəvi maddələr, keramika, dəmir filizi,mineral sular və sair ixrac edib”, - deyə o qeyd edib.

İranlı rəsmi vurğulayıb ki, ötən ildə İranın Astara dəmiryolterminalı ilə məhsul idxalı təxminən 232 min ton təşkil edib. Buisə öncəki illə müqayisədə 53% çoxdur. Öncəki ildə İranın Astaradəmiryol terminalı ilə məhsul idxalı təxminən 152 min ton təşkiledib.

Onun sözlərinə görə, İran Astara dəmiryol terminalı vasitəsilə,əsasən un, darı, buğda, arpa, şüşə, ağac və ağac materialları idxaledib.

Bildirək ki, hazırda İranda dəmiryol xətlərinin uzunluğu 14 984kilometrdir. İranın dəmiryol xətlərində 993 lokomotiv, 29 950 yükvaqonu və 2 178 sərnişin vaqonundan istifadə olunur.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla