AZ

Bakıda ağır qəzada iki nəfər ölüb, yaralılar var

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub.

İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, daha sonra isə yük maşınına çırpılıb.

Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Yaralılar əraziyə çağırılmış ətcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
158
35
Mənbələr
Şərh ()
Bağla